Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Aİ Rusiyaya qarşı 6-cı sanksiyalar paketini təsdiqlədi

Baxılıb: 550     Tarix: 03-06-2022 13:20   

Avropa İttifaqı Şurası Rusiyaya qarşı altıncı sanksiyalar paketini təsdiq edib.
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı qurum yayıb.
“Avropa İttifaqı Şurası bu gün Rusiya və Belarusa qarşı iqtisadi və şəxsi sanksiyalardan ibarət altıncı sanksiya paketini tətbiq etmək barədə qərar qəbul edib”, - deyə məlumatda qeyd olunub.
Məlumata görə, sözügedən sanksiyalar Aİ ölkələrinin 6 ay ərzində Rusiyadan neft idxalından, 8 ay ərzində isə neft məhsullarının idxalından imtina etməsini nəzərdə tutur.
Bununla yanaşı, sanksiyalara əsasən, dəniz vasitəsilə daşınan Rusiya neftindən mərhələli şəkildə imtina ediləcək. Rusiyadan boru kəməri ilə neft daşınmasına isə müvəqqəti olaraq istisna olunacaq.
Sanksiyalar, həmçinin Rusiyanın “Sberbank”, “Rosselxozbank” və “Moskva kredit bankı” kimi banklarının “SWIFT”dən ayrılmasını nəzərdə tutur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar