Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SOCAR Türkiyənin ən böyük 10 ixracatçı şirkətlərinin arasında yer alıb

Baxılıb: 511     Tarix: 13-06-2022 16:33   

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan “SOCAR Türkiye Petrol Tic. AŞ” şirkəti Türkiyənin ən böyük 10 ixracatçı şirkətlərinin arasında yer alıb.
“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan kapitallı şirkət bu siyahıda 8-ci yeri tutub.
Məlumata görə, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə İxracatçılar Məclisinin (TİM) 29-cu növbəti ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda “Türkiyənin ilk 1 000 ixracatçısı – 2021”in nəticələri açıqlanıb.
Bildirilib ki, TİM-in apardığı araşdırma, ən böyük ixracatçı təşkilatların illik göstəricilərini izləmək və bir çox təfərrüatlı təhlillər aparmaq imkanı verir.
Eyni zamanda ixracatçı şirkətlərə istiqamət verir, onların ixracın inkişafı üçün aparılan araşdırmaların nəticələrini ortaya qoyur.
Araşdırmaya görə, 2021-ci ildə ölkənin ixracı daha əvvəlki illə müqayisədə 32,8 % artaraq 225 milyard 220 milyon ABŞ dollarına çatıb. 2021-ci ildə ilk 1 000 şirkətə daxil olan şirkətlərin cəmi ixracatı bir il əvvələ görə 33,2 % artaraq 123,3 milyard ABŞ dollarına çatıb.
Bu şirkətlərin ümumi ixracdakı payı 54,7 %-i 1 milyard ABŞ dolları və daha çox ixrac edən şirkətlərin sayı isə 15 olub.
Araşdırmaya görə, 2021-ci ildə 827 şirkət ilk 1 000-likdə idisə, 173 şirkət bu il ilk dəfə 1 000 şirkət arasında yer almağı bacarıb. Yerli şirkətlər ilk 1 000-in 80 %-ini təşkil edirdi. Bu şirkətlər ilk 1 000-in ümumi ixracatının 63 %-ini reallaşdırıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ilin sonlarında Türkiyədə “SOCAR Turkey” törəməsini təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar