Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Daha bir benzin markasının qiyməti bahalaşdı

Baxılıb: 654     Tarix: 13-07-2022 12:01   

Xarici ölkələrdən Azərbaycana idxal edilən daha bir benzin markasının qiyməti artırılıb. 
Qanunvehedef.az xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli Oxu.az-a açıqlamasında bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə “Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.
Hazırda ölkədə istehlak olunan benzinin sadəcə 9%-i “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin payına düşür.
Ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi, sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir”.
Məlumat üçün bildirək ki, “Aİ-98” markalı benzinin əvvəlki qiyməti 1.90 AZN idi.
Qeyd edək ki, ötən gün Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiyməti 0,4 manat bahalaşıb və yeni satış qiyməti 2 manat təşkil edəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/az-az/ . Buy yes2win blackhat skill google seo ranking
Redaktor seçimi
Çox oxunanlar