Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Baxılıb: 644     Tarix: 29-08-2022 11:51   

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Ötən həftənin son ticarət günü “Jackson Hole” İqtisadi Siyasasət Simpoziumunda çıxış edən Federal Ehtiyatlar Sisteminin sədri J.Pavelin iqtisadi yavaşlamaya baxmayaraq, yüksək inflyasiyanın qalıcılığının qarşısını almaq üçün sərt monetar siyasəti davam etdirəcəklərinə dair açıqlamalarından sonra dollar indeksi yenidən 108 bənd hədlərinin üzərinə yüksəldi. Nəticədə dollar major valyutalar qaşısında kəskin bahalaşdı.  Bu həftə Amerikada açıqlanacaq əmək bazarına dair statistik rəqəmlər, xüsusən də “NFP” göstəricisi dollar indeksində tendensiyanın davam edib etməyəcəyində həll edici roll oynaya bilər. Təhlillərə əsasən, dollar indeksindəki yüksəliş davam edərsə, EURUSD məzənnəsi 0.9650 hədlərinə qədər ucuzlaşa bilər.
GBP.
GBPUSD məzənnəsi də ötən həftə dollar qarşısında kəskin dəyər itirdi. Dollar indeksindəki  tendensiya davam edəcəyi təqdirdə GBPUSD məzənnəsindəki eniş tendensiyası 1.15$-a kimi davam edə bilər.
Bu həftənin çərşənbə günü Avrozonada açıqlanacaq inflyasiya göstəricisi də  investorların diqqət mərkəzində olacaqdır.
TRY.
Ötən həftə 18.20TL hədlərinə kimi yüksələrək son bir ilin maksimumlarını test edən USDTRY məzənnəsində artım tendensiyası davam edir. Hazırda 18.13TL hədlərində ticarət olunan USDTRY cütlüyündə 18.20TL səviyyəsi qırılacağı təqrdirdə tarixi maksimumlar növbəti dəfə test edilə bilər.
OIL.
Ötən həftə 103$ hədlərinə qədər bahalaşsa da, “Brent” nefti burada müqavimət səviyyəsini qırmaqda çətinlik çəkərək 100$ hədlərinə kimi gerilədi. 100$ səviyyəsindəki dəstək həddi qorunacağı təqdirdə, artım tendensiyası davam edə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir
GOLD.
Qızıl 1765$-a kimi bahalaşsa da, FED sədri J.Pavelin ötən həftənin son ticarət günü “Jackson Hole” Simpoziumundakı çıxışı sonrası yenidən 1738$ hədlərinə kimi gerilədi. Dollar indeksindəki yüksəliş davam edərsə, qızıl 1720$-a (55.30$/qram) kimi ucuzlaşa bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar