Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vilayət Quliyev Bakıdakı kafe qiymətlərindən şikayətləndi

Baxılıb: 667     Tarix: 29-08-2022 16:06   

Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev Bakı və Polşanın paytaxtı Varşavada səhər yeməklərinin qiymətini müqayisə edib.
Qanunvehedef.az xəbər verir ki, səfir öz feysbuk hesabında ölkəmizdə qiymətlərin baha olduğunu və buna görə də turistlərin az gəldiyini qeyd edib.
“Yüksək materiyanı bir tərəfə qoyaq. Həm də Marks deyirdi ki, insanlar yüksək materiya ilə məşğul olmazdan əvvəl yeməli, içməli və geyinməlidirlər.
Varşavanın mərkəzində beş seçimdən birini edib 10 manata (25 zlotı, yaxud 6 dollar) belə müxtəlif çeşidli səhər yeməyi sifariş vermək mümkündür. Üstəlik kofe, yaxud çay da bu hesaba daxildir”, - deyə səfir qeyd edib.
Vilayət Quliyev bildirib ki, Bakının mərkəzində isə 10 manata yalnız iki fincan çay içmək olar: “Düzdür, yanında bir mikroskopik ölçülü qurabiyə də verirlər. Sonra da şikayətlənirik ki, ölkəmizə turistlər az gəlir…”

шаблоны для dle 11.2



Ən çox oxunanlar