Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

Baxılıb: 600     Tarix: 07-09-2022 15:17   

Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Fərmanının icrası məqsədilə dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyininin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə miqrasiyası həyata keçirilir.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) xidmət səviyyəsinin artırılması, daha çevik İT həllərə malik olmaq məqsədilə hazırda istifadə etdiyi bulud xidmətlərini genişləndirmək qərarı verib.
Prosesin detallarının müzakirə olunması və razılaşdırılması ilə bağlı “AzInTelecom” rəsmiləri ilə ADRA rəhbərliyi arasında görüş keçirilib. Görüşdə ötən ildən başlayaraq İT resurslarının “Hökumət buludu”na miqrasiyasını həyata keçirən Azərbaycan Dövlət Reklam Agentliyinin indiki mərhələdə də “AzInTelecom” MMC-nin təqdim etdiyi xidmətlərdən yararlanmaqda maraqlı olduğu vurğulanıb.
ADRA bulud xidmətləri çərçivəsində infrastruktur (IaaS) və rezervləmə (BaaS) xidmətlərindən faydalanır.
Agentliyə məxsus biznes-kritik sistemlər, habelə sahibkarlara açıq məkanda reklamlara icazə verilməsi üçün istifadə edilən İcazələr sistemi “AzInTelecom” MMC-nin təqdim etdiyi bulud xidmətlərində yerləşdirilib.
Azərbaycan Dövlət Reklam Agentliyi İT resurslarını “Hökumət buludu”nda yerləşdirməklə biznes üçün kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar