Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Muğanbankda yeni təyinat

Baxılıb: 561     Tarix: 12-09-2022 13:49   

“Muğanbank” ASC təcrübəli bank əməkdaşını öz sıralarına cəlb etdi. Murad Mehdiyev bankın Satışa Dəstək Departamentinin direktoru vəzifəsinə təyin olunub.
Ümumilikdə bank sahəsində 18 ildən artıq təcrübəyə malik olan Murad Mehdiyev, uzun illər “AGBank” ASC-də müxtəlif vəzifələrdə çalışıb, mütəxəssis vəzifəsindən departament direktoru müavini vəzifəsinədək yüksəlib. Daha sonra AGBank ASC- də uzun müddət filial müdiri vəzifəsini icra etmişdir. 2020-ci ildən etibarən “Rabitəbank” ASC-də İdarə Heyəti Sədr müavininin satış üzrə müşaviri, daha sonra isə həmin bankın “Kaspian” filialının müdiri vəzifəsində çalışıb.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.

Qanunvehedef.azшаблоны для dle 11.2