Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İnam Kərimov vətəndaşları qəbul edəcək

Baxılıb: 772     Tarix: 03-10-2022 14:27   

Kənd təsərrüfatı naziri İnam Kərimov oktyabrın 7-də saat 09:00-da Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Neftçala və Salyan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Qanunvehedef.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-355-13-38) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar