Xəbər lenti
22/12/2025 [14:56]
Yusif Güney saxlanıldı
22/12/2025 [12:30]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Декабрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Daşınmaz əmlakla bağlı daha 5 xidmət ödənişli olacaq

Baxılıb: 986     Tarix: 11-10-2022 15:31   
 
Daşınmaz əmlakla əlaqədar xidmət haqları tutulan xidmətlərin sayı artırılır.
Qanunvehedef.az xəbər verir ki, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsasları müəyyən edilir:
- daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;
- daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;
- daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;
- sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;
- torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.
Qanunda “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün dövlət rüsumu” maddəsinin adının “Ödənişlər” olaraq dəyişdirilməsi də təklif edilir.
Məsələ səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub. 



{sape_links}{sape_article}