Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Baxılıb: 999     Tarix: 17-10-2022 11:41   

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Nazirliyin tabeliyində olan elmi-tədqiqat müəsisələrində 81 vakant yer üzrə işə qəbul elan edilib.
Qanunvehedef.az xəbər verir ki, vakant yerlər haqqında məlumat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yaradılmış aqrokadr.az karyera portalında dərc edilib.
Toxumçuluq və bitki mühafizəsi üzrə aqronom, aqrokimyaçı, torpaqşünas, zootexnik və baytar həkimi ixtisasları üzrə təcrübə, təhsil, ixtisas, fərdi keyfiyyət tələbləri uyğun gələn şəxslər aqrokadr.az portalında yerləşdirilmiş vakansiyalarla tanış ola və sayt vasitəsilə aqrar sahə üzrə təqdim olunan iş yerləri ilə bağlı müraciət edə bilərlər.
Qeyd edək ki, elana əsasən Aqrar Xidmətlər Agentliyinin tabeli qurumlarında olmaqla Göygöl, Quba, Sabirabad, Salyan, Şamaxı, Ucar, Bərdə, Beyləqan rayonları üzrə toxumçuluq üzrə aqronomlar, Abşeron, Bərdə, Füzuli, Cəlilabad, Göygöl, Hacıqabul, Xaçmaz, Kürdəmir, Lənkəran, Saatlı, Sabirabad, Şabran, Şəmkir, Yevlax rayonları üzrə bitki mühafizəsi üzrə aqronomlar, Ağsu, Ağdaş, Bərdə, Qəbələ, Oğuz, Xocalı, Cəbrayıl, Daşkəsən, Sabirabad, Qusar, Siyəzən, Hacıqabul, Xocavənd, Kürdəmir, Şamaxı, Salyan, Samux, Quba, Füzuli, Tovuz, Qobustan, Xızı, Masallı, Göyçay, Qazax, Şabran, Şirvan, Neftçala, Zərdab, Ucar rayonları üzrə baytar həkimlər, Bərdə, Göygöl, Lənkəran, Quba, Şəki, Tovuz, Laçın, Xocalı, Daşkəsən, Siyəzən, İmişli, Beyləqan, Qubadlı, Zəngilan, Şəmkir rayonları üzrə aqrokimyaçı və torpaqşünaslar, Quba, Kürdəmir, Gəncə və Şəki şəhəri üzrə zootexniklər işə qəbul olunacaqlar.
Qeyd edək ki, aqrokadr.az karyera portalı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ötən ilin avqustunda ictimaiyyətə təqdim edilib. Portal iqtisadiyyatın və cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan insan kapitalının aqrar sahə üzrə potensialının müəyyən edilməsi və aqrar peşələrlə bağlı iş axtarışının stimullaşdırılmasını hədəfləyir. Portal üzərindən dövlət və öz müəssisələrinin birgə fəaliyyəti davam edir. Maraqlı şirkət və qurumlar “aqrokadr.az” saytında elanların yerləşdirilməsi və peşəkar kadrların cəlb edilməsi sahəsində əməkdaşlığa dəvət olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar