Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

“Banklararası 2%-lik komissiya ləğv olunsun”

Baxılıb: 831     Tarix: 03-11-2022 14:12   

“Azərbaycanda hazırda 26 bank var”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Rüfət Quliyev bildirib.
O, regionlarda bankların bankomatlarının sayının az olmasından şikayətlənib: “Rayonlarda, kəndlərdə insanlar öz pensiyalarını, təqaüdlərini almaq üçün bir kənddən başqa bir kəndə gedirlər. Banklar arasında olan 2%-lik komissiya ləğv olunsun. Bunlar hamısı Azərbaycan banklarıdır. Olmazmı ki, birmənalı olaraq nağdlaşdırmanı bütün banklar üçün 0,5% edək? İnsanlarımız da əziyyət çəkməsin”.
Deputat eyni zamanda banklar tərəfindən sahibkarlara 50 min manata qədər kreditlərin verilməsi şərtlərinin sadələşdirilməsini istəyib: “Kredit çox gec vaxta bilinir. Kreditin verilişi bəzən aylarla vaxt aparır. Təklif edirəm ki, insanlara bir-iki həftə ərzində bu növ kreditlər verilsin. Onlar da öz işlərini görsünlər”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar