Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

CityNet internet sürətində yenilik etdi

Baxılıb: 315     Tarix: 14-11-2022 11:29   

CityNet bu aydan özünün yeni məhsullarını abunəçilərə təqdim edir. İnternet provayderin yenilənmiş və yalnız üç tarif paketindən ibarət olan təklifində abunəçilər daha sürətli və əlverişli xidmət əldə edəcəklər.
Birinci tarif paketində abunəçilərə 40 mbit/s sürətli internet 17.99 AZN-ə təqim olunur.
Həm İnternet, həm də TV xidmətini özündə əks etdirən ikinci tarif paketində 50 mbit/s sürətli internet və 240 TV kanal birlikdə istifadəçilərə sadəcə 27.99 AZN-ə təqdim olunur.
Vahid paketdə olan üç xidmət - 100 mbit/s internet, 240 TV kanal və ev telefonu xətti xidməti isə CityNet tərəfindən abunəçilərə sadəcə 37.99 AZN-ə təqdim olunur.
Qeyd edək ki, abunəçilərin daha yüksək sürətli internet bağlantısı ilə təmin edilməsi, müştəri məmnuniyyətinin yüksəldilməsi və göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə CityNet artıq əvvəlki qaydada 9 deyil, sadəcə 3 tarif paketində abunəçilər üçün xidmətlər təqdim edir.
CityNet xidmətlərinin hər hansı ünvanda mövcudluğunu şirkətin veb saytından və ya müştəri xidmətlərinə müraciət etməklə yoxlamaq mümkündür.

Qanunvehedef.azшаблоны для dle 11.2