Aİ Azərbaycana 2 milyard avro ayıracaq
Baxılıb: 651 Tarix: 08-12-2022 12:56
“Avropa İttifaqı (Aİ) iqtisadiyyatın daha da şaxələndirilməsi, ölkə daxilində iş yerlərinin yaradılması və inklüziv kənd inkişafının təşviqi istiqamətində dövlətin səylərinə töhfə vermək məqsədilə Azərbaycana 2 milyard avro ayırmağı planlaşdırır”.
Aİ-nin Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, investisiyalar İqtisadi İnvestisiya Planı çərçivəsində ayrılacaq.
Məlumatda qeyd olunub ki, bu gün Avropa İttifaqı və Azərbaycanın əməkdaşlığı nəticəsində Aİ-nin İqtisadi İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupu fəaliyyətə başlayıb. Yeni koordinasiya orqanı Avropa İnvestisiya Bankı (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə Aİ-na üzv dövlətlərinin maliyyə inkişaf institutları ilə birlikdə Aİ-nın dəstəyi ilə prioritet investisiyaları Avropanın komanda ruhunda istiqamətləndirib, müəyyənləşdirəcək.
Avropa Komissiyasının Şərq Qonşuluğu və İnstitusional Quruculuq üzrə direktoru Lourens Meredit bildirib ki, İqtisadi və İnvestisiya Planı üzrə yüksək səviyyəli işçi qrupunun fəaliyyətə başlaması Azərbaycanla sıx tərəfdaşlığımızın daha bir bariz göstəricisidir: “İqtisadi və İnvestisiya Planı artıq Azərbaycan xalqı üçün nəzərəçarpacaq faydalar verir: 90 milyon avroya qədər vəsait ayrılıb və əhəmiyyətli investisiya layihələri həyata keçirilir. Bura Gəncədə küçə işıqlandırmasının yaxşılaşdırılmasına və ölkə daxilində kiçik biznesin maliyyəyə çıxışının dəstəklənməsinə ayrılan investisiyalar daxildir. Birgə işçi qrupumuzun fəaliyyətə başlaması ilə biz Azərbaycan və onun xalqının İqtisadi İnvestisiya Planında nəzərdə tutulan investisiya potensialından daha çox faydalanmasını təmin edə bilərik”
Məlumatda bildirilib ki, yüksək səviyyəli işçi qrup prioritet investisiya layihələrini müəyyən etmək və birgə icra etmək üçün müntəzəm olaraq Avropa Komissiyasının, Azərbaycan hökumətinin və Avropa beynəlxalq maliyyə qurumlarının yüksək səviyyəli nümayəndələrini bir araya gətirəcək.
O, bərpa olunan enerji, əlaqələndirmə, KOB-lar, yaşıl və rəqəmsal texnologiyalara keçidlə bağlı investisiyaları araşdıracaq.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər