Aqrar Sığorta Fondu fermerlərə müraciət etdi
Baxılıb: 568 Tarix: 08-12-2022 13:21
Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesi davam edir. Əkinlərin bəyanı prosesi ilə əlaqədar Aqrar Sığorta Fondu fermerlərə müraciət edib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Müraciətdə bildirilir ki, payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.
10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.
Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS_də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildiriblər ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.
“Aqrar Sığorta Fondu payızlıq əkinlərin vaxtında sığortalanması üçün davamlı maarifləndirmə işləri aparır. Əkinləri bəyan edən fermerlərlə əlaqə saxlanılır, onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığorta prosesində də nəzərdə tutulub - aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir. Aqrar Sığorta Fondu fermerləri dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamğa, məhsullarını və gəlirlərini qorumağa çağırır” - deyə Fonddan bildirilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər