Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Kimi vəzifədən çıxarırlarsa, mülkləri, binaları üzə çıxır”

Baxılıb: 546     Tarix: 23-12-2022 13:32   

“Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsaiti, burada yox, xarici ölkələrdə mülkləri, binaları üzə çıxır. Bunlar dövlətin vəsaitləridir. Bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır”. 
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil: “Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir”.
Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffalandırılmasının vaxtı çatıb: “Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun”.
Sabir Rüstəmxanlı əlavə olaraq xatırladıb ki, PKK hələ də Azərbaycanda terror təşkilatı kimi tanınmayıb: “Biz hələ də PKK-nı terror təşkilatı kimi tanımamışıq. Düzdür, bununla bağlı prezidentin münasibəti var, bildirib. Amma hələ də qanunvericilik olaraq terror təşkilatı ilə bağlı qərar verilməyib”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar