Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

884 min manat artıq pensiya ödənilib - Cinayət işi başlandı

Baxılıb: 761     Tarix: 27-12-2022 13:42   

Hesablama Palatası tərəfindən Dövlət Sosial Müdafiə Fondunda keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı toplanmış materiallar üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qanunvehedef.az-a verilən məlumata görə, araşdırma zamanı pensiyaçıların məlumatları yoxlanılarkən 2002-2007-ci illər ərzində 51 şəxsin sənədlərində saxtakarlıqlara yol verilməklə pensiya təyinatlarının aparılması, nəticədə 31.06.2022-ci ilədək ümumilikdə 884 min manat məbləğində artıq pensiya ödənişinin həyata keçirilməsinə əsaslı şühbələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar