Xəbər lenti
26/07/2026 [12:33]
Sabah 40° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycanın strateji valyuta ehtiyatları 60 milyard dollara yaxınlaşır

Baxılıb: 777     Tarix: 30-12-2022 10:22   

Bu ilin yanvar-noyabr aylarında qalıqlı tədiyə balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 12,3% və yaxud 6,5 milyard ABŞ dolları artaraq 59,8 milyard ABŞ dollarına çatıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Məlumatda qeyd olunub ki, 9 ayda tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun (ÜDM) 30.7%-i səviyyəsində profisit yaranıb. Sonrakı aylarda da xarici sektorda müsbət proseslər davam etmişdir. Ümumilikdə ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb.
Bildirilib ki, 2022-ci ildə ölkədə iqtisadi fəallıq yüksək qalmış, onun perspektivləri ilə bağlı gözləntilər nikbin olub.  2022-ci ilin 11 ayında ümumi daxili məhsul real ifadədə 4.8%, o cümlədən qeyri-neft sektoru üzrə 9.2% artıb. Qeyri neft-qaz sektorunun ticari sahələri olan qeyri neft-qaz sənayesində 5.3%, kənd təsərrüfatında 3.4%-lik artım baş verib. 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar