Xəbər lenti
04/09/2026 [14:38]
Sabah yağış yağacaq
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tarif Şurasının səlahiyyətləri artırıldı

Baxılıb: 739     Tarix: 03-02-2023 14:24   

Tarif Şurasının səlahiyyətləri artırılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin müvafiq fərmanında qeyd olunub.
Fərmana əsasən, Tarif Şurası tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasına (fiziki və ya texnoloji) görə məbləği müəyyən edəcək.
Tarif Şurası “Qaz təchizatı haqqında” Qanununa uyğun olaraq, Energetika Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Dövlət Neft Şirkətinin təklifləri əsasında, qoşulma xidmətinə görə ödənişin məbləğlərini müəyyən edərək Prezidentə məlumat verəcək.
Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə məişət qaz qurğuları quraşdırılan tikinti obyektlərinin mövcud qazpaylayıcı şəbəkəyə texnoloji qoşulmasına görə qaz qurğusunun istifadəçiləri qaz paylayıcısına Tarif Şurasının müəyyən etdiyi məbləğdə qoşulma xidmətinə görə ödəniş etməlidirlər.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar