Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Enerji istehlakına dair ekoloji dizayn tələbləri təsdiqləndi

Baxılıb: 600     Tarix: 23-02-2023 12:07   

Enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar üzrə ekoloji dizayn tələbləri təsdiqlənib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ekodizayn tələbi enerji istehlak edən və ya enerji istehlakına təsir edən avadanlığın, qurğu və cihazların ətraf mühitə təsirinə dair sənəddir və məhsulların ekoloji aspektləri barədə istehlakçıları məlumatlandırmaq məqsədi daşıyır.
Tələblərin tətbiq dairəsinə düşən enerji istehlak edən və ya enerji istehlakına təsir edən məhsullar texniki reqlamentlərlə müəyyən edilir. Bundan irəli gələrək, bu istiqamətdə müvafiq reqlamentlərin hazırlanması ilə bağlı Energetika, İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Həmin Tələblərə, habelə məhsulların bazara yerləşdirilməsinə nəzarət İqtisadiyyat Nazirliyi tərəfindən həyata keçiriləcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar