Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Palata ilə hökumətin münasibətləri normal deyil” - Yenilənib

Baxılıb: 484     Tarix: 12-04-2023 12:38   

“Hesablama Palatası ilə hökumətin münasibətləri normal deyil”. 
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı bildirib.
V.Əhmədov qeyd edib ki, ildə bir dəfə Hesablama Palatası hökumətlə müzakirələr aparmalıdır: “Müzakirələrdə filan nazirliyin, filan qurumun nöqsanlarından danışılmalıdır. Hökumət isə bundan nəticə çıxarıb tədbir görməlidir”.
Deputat vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə audit daha sərt keçirilməlidir
***
Deputat Əli Məsimli isə bildirib ki, dövlət maliyyəsindən istifadənin səmərəlilik dərəcəsi, bu istiqamətdə olan pozuntular istənilən Azərbaycan vətəndaşına məlumdur: “Biz düşmən tapdağından azad edilən əraziləri tikinti meydanından əməkdaşlıq arenasına çevirmişik. İndiyə qədər azad edilmiş ərazilərdə tikinti-bərpa işlərinə 6,5 milyard manat vəsait sərf edilib, yaxın zamanda bu məbləğ 10 milyard manata çatdırılacaq.
Bu istiqamətdə Hesablama Palatasının atdığı ilk addımın nəticəsi yoxdur. Burada vəsaitdən istifadənin səmərəliliyini artırmaq yönümündə təsirli tədbirlərin icrasında Hesablama Palatasının gücündən istifadə edilməsə, bu, gələcəkdə xeyli əlavə problemlərin yaranmasına səbəb ola bilər”.
шаблоны для dle 11.2