Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Vahid Ələkbərovun oğlu yenə liderdir

Baxılıb: 696     Tarix: 30-05-2023 12:58   

“Forbes” rusiyalı milyarderlərin 49 ən varlı varislərinin cari ilin 10 mart tarixinə olan reytinqini açıqlayıb.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, reytinqə azərbaycanlı iş adamı, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rəhbərlik edib. Onun mirası 20,5 milyard dollar təşkil edir.
Bildirilir ki, Y. Ələkbərov artıq bir neçə ildir ən varlı varis olaraq qalır.
Reytinqin ikinci pilləsində isə “EuroChem” şirkətinin təsisçisi Andrey Melniçenkonun qızı və oğlu Tara və Adrian Melniçenko yer alıb. Onların hər birinin mirası 12,5 milyard dollardır.
Üçüncü pillədə isə “Novatek” və “Sibur” şirkətlərinin sahibi Leonid Mixelsonun övladları qərarlaşıb. Onların mirası hər biri üçün 10,8 milyard dollar təşkil edir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar