Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

BOKT-lar kredit kartları buraxa biləcək

Baxılıb: 736     Tarix: 09-06-2023 13:36   

Azərbaycanda bank olmayan kredit (BOKT) təşkilatlarına kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması, kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Milli Məclisin iclasında maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi üçün qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Deputat qeyd edib ki, qanun layihələrin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələrindən istifadə edilib:
“Qanun layihələrinin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyalarının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır”.

Əbdülqəni Hüseyinov



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar