Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arıçı-fermer Asim Quliyev: “Balın xarlanması onun keyfiyyətini itirmir”

Baxılıb: 886     Tarix: 23-06-2023 09:48   
 
Mediada vaxtaşırı olaraq kənd təsərrüfatı məhsulları bazarını stimullaşdırma mexanizmlərinə dair rəy və təkliflərlə çıxışlar edən arıçı-fermer Asim Quliyevlə bu dəfəki söhbətimizin qayəsini balın xarlanmasının onun keyfiyyətinə təsiri mövzusu təşkil etdi.
Təcrübəli arıçı-fermer bildirdi ki, təbii bal zamanla xarlanmalıdır və tam təbii prosesdir:“Xarlanma, balın tərkibindəki qlükozanın sudan ayrılaraq bərk kristallar əmələ gətirməsidir. Bu, arıların çiçəklərdən topladıqları nektarın içinə fermentlər əlavə etməsi ilə baş verir ki, bu da şəkərləri parçalayır və onları daha çox həll edir.
Balda şəkərin konsentrasiyası kifayət qədər yüksək olduqda, qlükoza molekulları bir-birinə bağlanmağa başlayır və kristallar əmələ gətirir. Balın kərə yağı kimi xarlanması prosesin xırdadənəli olmasının göstəricisidir. Kristallaşdırılmış bal keyfiyyətini itirməz, qida kimi qəbul etmək üçün tam təhlükəsizdir və bütün faydalarını saxlayır.
Lakin bəzi insanlar müəyyən məqsədlər üçün duru bala üstünlük verirlər.
Kristallaşmış balı duru vəziyyətinə qaytarmaq üçün onu isti suda (60 dərəcə) qızdıra bilərsiniz, həddindən artıq qızdırmaq baldakı faydalı fermentləri və antioksidantları məhv edə bilər”.Xatıraladaq ki, Masallı rayonunun Ərkivan qəsəbəsində “Obal” arıçılıq məkanında 8 hektar ərazidə 250-yə yaxın arı ailəsi bəsləyən Asim İntiqam oğlu Quliyev eyni zamanda sitrus meyvələri becərir, quşçuluq balıqçılıq təsərrüfatları da saxlayır. O, bir sıra beynəlxalq nüfuzlu təşkilatların xarici ölkələrdə təşkil etdikləri forumlarda, turizm sərgilərində də Azərbaycanı layiqlə təmsil edib.
 
Qələmə aldı: Gül Bənizшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar