Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Çində Azərbaycandakı inkişafı yüksək qiymətləndirirlər”

Baxılıb: 450     Tarix: 03-07-2023 10:59   

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə burada işgüzar səfərdə olub.
Qanunvehedef.az xəbər verir ki, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Xuan Tsyanın Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti üzvləri ilə görüşü keçirilib. Görüşdə qubernator Xuan Tsyan bildirib ki, Azərbaycan-Çin münasibətlərinin bu cür yüksək səviyyədə olması və inkişaf etməsi Prezident cənab İlham Əliyevin və Çin Xalq Respublikasının rəhbəri cənab Si Tsinpinin böyük səylərinin nəticəsidir. Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir və dünyada özünəməxsus yer tutur.
Qubernator Azərbaycandakı inkişaf və stabilliyi vurğulayaraq Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyini xüsusi qeyd edib. Danışıqlar zamanı qubernator Xuan Tsyan tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağını nəzərə alaraq Çendu–Bakı təyyarə marşrutunun açılması təklifi irəli sürülüb.
Eldar Əzizov Sıçuan əyalətinin  inkişaf sahəsində əldə etdiyi uğurları qeyd edərək bildirib ki, son illərdə Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri yeni görkəm alıb və sürətlə inkişaf edir.
Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumu” imzalanıb.
Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublikasının paytaxtı Pekinə gələrək Pekin şəhər meriyasında merin müavini xanım Sma Xunla görüşüblər. Merin müavini xüsusi olaraq vurğulayıb ki, bu gün Azərbaycanda sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdən biridir. Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri böyük inkişaf nümayiş etdirir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var.
Görüş zamanı paytaxt şəhərləri arasında əməkdaşlığa dair planlar müzakirə edilib.
Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılaşma əldə edilib.



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar