Bakıda ən perspektivli işlər bunlar olacaq
Baxılıb: 458 Tarix: 08-01-2024 10:55
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında şəhər iqtisadiyyatı təhlil edilib.
Qanunvehedef.az xəbər verir ki, təhlillər nəticəsində uzunmüddətli perspektivdə neft və qaz sektorundan asılılığı azaldacaq innovativ və dayanıqlı iqtisadi sektorlar müəyyən edilib.
Bakı şəhərinin Baş Planı çərçivəsində post-sənaye iqtisadiyyatının əsas sektorları üçün ərazilər nəzərdə tutulub. Qeyd olunan sektorların inkişafı şəhərin çoxmərkəzli inkişaf yanaşması ilə uyğunlaşdırılmalıdır.
İqtisadiyyatın şaxələndirilməsi üzrə milli proqramlara uyğun olaraq, yeni şəhər iqtisadiyyatı konsepsiyası çərçivəsində mərhələli yanaşmanın tətbiqi təklif edilir. Bakının iqtisadiyyatının əsasını təşkil etməyə davam edəcək formalaşmış sahələr konsolidasiya edilməli və modernləşdirilməlidir. Eyni zamanda, Bakının Regional Bilik Mərkəzinə çevrilməsi üçün yüksək dəyər yaradan yeni sahələr və inkişaf etməkdə olan iqtisadi sektorlar da inkişaf etdirilməlidir. Bu çoxsahəli iqtisadi strategiyanın tətbiqi Baş Plan çərçivəsində Bakı şəhərində 372 375 yeni iş yerinin açılmasına imkan verəcək.
Bakı şəhərinin Baş Planı çərçivəsində iqtisadi inkişaf perspektivləri olan və əlavə iş yerləri yaratmaq potensialı olan 17 iqtisadi sektor təhlil edilib. Şəhər planlaşdırması baxımından alternativ enerji, ekosənaye (su resurslarının və tullantıların idarə edilməsi daxil olmaqla), turizm, asudə vaxtın təşkili və qida sənayesi növbəti iyirmi il üçün ən çox perspektivli fəaliyyət sahələri kimi nəzərdə tutulur.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər