Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı

Baxılıb: 742     Tarix: 24-01-2024 15:15   

Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən Bakcell Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. 24 yanvar  tarixindən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən Bakcell mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir.
Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan Bakcell şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib: “Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla Bakcell şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir”.
Qeyd edək ki, Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə Bakcell şəbəkəsi abunəçilərə təqdim edilib.


 
Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar