Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İllik inflyasiya proqnozu açıqlandı

Baxılıb: 687     Tarix: 31-01-2024 10:55   

2023-cü ildə illik ərzaq inflyasiyası 0.8%, qeyri-ərzaq inflyasiyası 2.7%, xidmətlər inflyasiyası isə 3.7% təşkil edib.
Qanunvehedef.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı faiz dəhlizinin parametrlərində öz əksini tapıb.
Bildirilib ki, faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib.
Aparılan son sorğulara görə, inflyasiyanın artacağını gözləyən ev təsərrüfatlarının payı 2023-cü ilin III rübündəki 81%-dən IV rübdə 69%-ə enib.
İllik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb. Qlobal iqtisadi aktivliyin zəifləməsi, eləcə də qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırıb.
Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi dekabrda illik əsasda 18.9%, o cümlədən enerji qiymətləri üzrə 24% enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi dekabrda illik əsasda 10.1% azalıb.
Qeyd olunub ki, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. 2024-cü ilə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar