Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Türkiyədə yanacaq bahalaşdı

Baxılıb: 607     Tarix: 08-02-2024 11:41   

Türkiyədə yanacağın qiyməti artıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Üç gün ərzində benzinin qiymətində üçüncü artımın olacağı açıqlanıb. Belə ki, ötən gün 1,38 lirə artımla alınan dizel bu gündən etibarən 1, 40 lirəyə satılır. Qiymətin yeni artımlar da daxil olmaqla üç gün ərzində 4,78 lirə artacağı proqnozlaşdırılır.
Qeyd olunur ki, ötən ildə olduğu kimi, yeni ildə də ilk gündən yanacaq məhsullarında qiymət artımı özünü göstərir. Yanvarın 30-da dizelin hər litrinə görə qiymət 1,38 TL artmışdısa, bir gün sonra dizel qiymətləri yenidən 1,40 TL artıb. Ekspertlər benzinin hər litrinə görə 2 TL bahalaşma olacağını ehtimal edirlər.
Qeyd edək ki, hazırda Ankarada benzin 39,07 TL, dizel 42.38 TL, avtomobil üçün maye qaz 20.41 TL-yə satılır. İstanbulda benzin 38,38 TL, dizel 41TL, 62 TL, avtomobil üçün maye qaz qiyməti 20.37 TL-dir. İzmirdə isə benzin 39,29 TL, dizel 42.57 TL, avtomobil üçün maye qaz isə 20.19 TL-yə satılır.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar