Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Benzinin bahalaşmaması üçün belə bir qərar verilib”

Baxılıb: 561     Tarix: 01-03-2024 13:44   

İqtisadçı Natiq Cəfərli Nazirlər Kabinetinin benzin markalarına tətbiq edilən aksiz dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərarını şərh edib.
Qanunvehedef.az xəbər verir ki, ekspert sosial şəbəkədəki paylaşımında bu qərarın aviakerasin, Aİ95 və Aİ98 markalı benzinlərə aid olmadığını bildirib:
“Qərar ancaq Aİ92 və dizel yanacağına aiddir. Belə ki, qərar Rusiyanın yanacaq ixracına qoyduğu qadağa ilə bağlıdır. Ölkədə istehlak üçün çatışmayan Aİ92 və dizel yanacağının böyük hissəsini məhz Rusiyadan alırdıq. İndi başqa ölkələrdən almalı olacağıq, bu, daxildə qiymətləri artıra bilərdi. İndi güzəşt tətbiq edilir ki, bahalaşma olmasın. Bu qərardan sonra benzin ucuzlaşmayacaq, sadəcə bahalaşmasın deyə belə bir qərar verilib”.
N.Cəfərli əlavə edib ki, Azərbaycan özünü benzinlə təmin edə bilmir: “Aİ95, Aİ98 markalı benzinləri ümumiyyətlə istehsal edə bilmirik, Aİ92-nin istehsalı isə yetərli deyil. Hətta iş o yerə çatıb ki, Aİ95-in bir hissəsini Gürcüstandan idxal edirik”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar