“Azeri Light” (CIF) markalı Azərbaycan neftin qiyməti 90 dollara çatır
Baxılıb: 527 Tarix: 29-03-2024 10:36
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 1.71 ABŞ dolları və ya 1.95% artaraq 89,22 dollar təşkil edib.
Xatırladaq ki, ötən gün neftimiz 87,51 ABŞ dollarına ticarət edilib.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər