Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kolbasaların ətdən hazırlandığı deyilir, amma ucuz satılır: Səbəb nədir

Baxılıb: 574     Tarix: 21-05-2024 10:35   

Marketlərdə üzərində ət məhsullarından hazırlandığı qeyd olunan bəzi kolbasa və sosiskalar ətdən ucuz satılır.
Xezerxeber.az-ın məlumatına görə, hazırda mal əti 14, toyuq əti isə altı manata satılır. Lakin bu məhsullardan hazırlanan bəzi kolbasa və sosiskalar isə beş manata təklif edilir.
Ətin qiymətinin artması ilə kolbasa və sosislərin də qiymətində dəyişiklik gözlənilirdi. Ancaq qəribədir ki, bəzi kolbasa və sosislərdə əks tendensiya müşahidə olunur. Bu isə vətəndaşlarda həmin məhsulların keyfiyyəti ilə bağlı suallar yaradır.
Mövzuya münasibət bildirən qida üzrə ekspert Məhsəti Hüseynova bildirib ki, aşağı qiymətə satılan, istehsal ünvanı bəlli olmayan kolbasa məhsullarının keyfiyyəti normal istehsal standartlarına tam uyğun deyil:
"Bu məhsulların bəzilərinin tərkibində naməlum əlavələrdən istifadə olunur".
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, ərzaq bazarlarında və ticarət şəbəkələrində nəzarət tədbirləri genişləndirilib:
Agentlik hazırda davam etdirilən monitorinq və yoxlamalar zamanı aşkarlanan nöqsanlarla əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bazar rəhbərlərinə xəbərdarlıq edib.
Ətraflı süjetdə:



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar