Xəbər lenti
04/05/2026 [14:04]
Sabah hava necə olacaq?
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Elm və Təhsil Nazirliyi 332 milyonu hara xərcləyib?

Baxılıb: 1 091     Tarix: 23-05-2024 12:56   

Keçən il uşaq bağçaları və məktəblər üçün dövlət büdcəsindən ayrılan vəsait tam istifadə olunub.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, bu, "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.
Qeyd olunub ki, hesabat ilində təhsil sahəsi üçün ayrılan xərclərdən məktəbəqədər təhsil bölməsi üzrə Elm və Təhsil Nazirliyinin tabeliyində 38 081 nəfər işçi ilə 105 000 nəfər uşağın təlim-tərbiyəsinə xidmət göstərən 1 664 məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti ilə bağlı nəzərdə tutulan 332,4 milyon manat vəsait tam istifadə olunub.
Həmçinin ümumi təhsil bölməsi üzrə 2066,9 milyon manat proqnoza qarşı icra 100 faiz olub ki, bu da 4 164 müəssisədə (o cümlədən 56 internat və xüsusi məktəb) çalışan 227 936 nəfər işçinin (o cümlədən 139 674 nəfər müəllim) əməkhaqlarının və digər xərclərin, o cümlədən 5 yaşlı 88 027 nəfər uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması məqsədilə dövlət ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarının fəaliyyəti ilə bağlı xərclərin ödənilməsinə sərf edilib.

Qanunvehedef.az



{sape_links}{sape_article}