Xəbər lenti
27/09/2024 [14:14]
Sabah 27° isti olacaq
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bu məhsullar bahalaşıb - Siyahı

Baxılıb: 678     Tarix: 12-06-2024 14:38   

2024-cü ilin may ayında istehlak qiymətləri indeksi 2023-cü ilin may ayına nisbətən 100,3 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,6 faiz, qeyri-qida məhsulları üzrə 101,0 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2024-cü ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,6 faiz təşkil edib..
2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 99,2 faiz təşkil edib.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, bahalaşma isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin may ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,2 faiz təşkil edib.
May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox bahalaşma şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,4 faiz təşkil edib.
May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, ucuzlaşma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar