Xəbər lenti
07/04/2025 [13:01]
POEZİYA
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Qiymət dəyişikliyi hansı məhsulların bahalaşmasına SƏBƏB OLACAQ?

Baxılıb: 764     Tarix: 02-07-2024 15:38   

Xəbər verdiyimiz kimi, Azərbaycanda AVRO-5 ekoloji standartı ilə istehsal edilən yanacağın, bərk məişət tullantılarının idarə olunması, ferrosilisium istehsalı sahəsinə verilən elektrik enerjisi üzrə xidmətlərin və bir sıra dərman vasitələrinin qiymətləri tənzimlənib.O cümlədən sərnişindaşıma üzrə nəqliyyat vasitələrinin qiymmətləri dəyişib. Qərara əsasən avtobus və metrolarda gediş haqqı 50 qəpik olaraq təyin edilib.
Qiymətlərin dəyişməsi artıq bir çox sahələrə təsir edib. Bəs qiymətlərdə edilən dəyişikliklər hansı məhsulların bahalaşmasına səbəb olacaq? Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Sonxeber.az-a açıqlama verib:
"Yanacağın, əsasən dizel qiymətinin qalxması ən çox kənd təsərrüfatına və ərzaq məhsullarına təsir edəcək. Aqrar sahədə dizel yanacağının istehsaldakı maya dəyərindəki payı 35-40 faizə yaxındır. Nəqliyyatda isə ərzaq daşınması, logistik xətlərdə maya dəyərin beşdə birini dizel yanacağı təşkil edir. Bu da məhz məhz kənd təsərrüfatı və ərzaq məhsullarının bahalaşmasına səbəb olacaq. Dizel yanacağının birdən-birə 25 faiz bahalaşması bu sahələrdə ciddi qiymət artımına təkan verən əsas faktora çevriləcək".
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının daşınma xərclərində 20-25 faiz fərq yaranıb. Rayonlardan Bakıya gətirilən məhsullar əsasən dizel yanacağı ilə işləyən maşınlar ilə daşınır. Bu isə o deməkdir ki, dizel yanacağındakı qiymət fərqi onların daşınma xərclərinə təsirsiz ötüşməyib.

Qanunvehedef.azшаблоны для dle 11.2