Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Kart kodları ilə bağlı bütün dünyada problemlər var”

Baxılıb: 825     Tarix: 19-12-2024 11:57   

“Mərkəzi Bank həmişə bankların reytinqini paylaşır. Xoşdur ki, “Kapital Bank” həmişə yaşıl zonada olur. Digər tərəfdən, ən böyük müştəri kütləsi bizdədir, 6 milyona yaxın müştərimiz var. Amma faiz olaraq bankdan şikayətlər çox azdır”.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov 11 ayın yekunları və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, müştəri şikayətləri həmişə bank üçün prioritetdir, hər zaman onlardan nəticə çıxarılır:
“Bəzən müştəri bizim mürəkkəb məhsulları anlamır, o zaman biz onu izah etməyə çalışırıq. Bəzən əsaslı şikayətlər də olur. Bu narahatlıqlar kibertəhlükəsizliklə bağlıdır. Kart kodları ilə bağlı bütün dünyada problemlər var.
Nağdsız dövriyyə bizdə arta-arta getdiyinə görə, dələduzlar da imkanlardan istifadə edir. Yaxud zərərli məlumatları telefonlara yükləyərək məlumatların ələ keçirilməsinə səbəb olurlar. Bəzən müştərilərə dələduzlar tərəfindən zənglər gəlir.
Mənim yaxın qohumlarımın başına da belə işlər gəlib. Biz çalışırıq ki, həm bank, həm assosiasiya, həm DİN tərəfindən bunu insanlara aydın şəkildə başa salaq, amma yenə də belə problemlərlə qarşılaşırıq”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar