Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

SOCAR Suriyanın enerji təchizatında iştirak edə bilər

Baxılıb: 828     Tarix: 06-01-2025 15:16   

“SOCAR dövlət səviyyəsində qərar qəbul ediləcəyi təqdirdə Suriyanın enerji təchizatında rol oynamağa hazırdır”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov şirkətin 2024-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.  
Onun sözlərinə görə, tikinti və bərpa işləri, eləcə də bütün sektorların dirçəlməsi üçün enerji resursları tələb olunacaq: “Əgər hökumət siyasi nöqteyi-nəzərdən qərar qəbul edərsə, Azərbaycan və Türkiyənin maraqlarına uyğun olaraq “SOCAR Türkiye Enerji”yə belə bir rol həvalə edilərsə, biz onu məmnuniyyətlə yerinə yetirəcəyik. Suriyada və regionda sülh və sabitliyin bərqərar olması bizi sevindirir. Bu, iqtisadi inkişafa və elektrik enerjisinə tələbatın artmasına şərait yaradacaq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar