Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

AMB inflyasiya proqnozunu açıqladı

Baxılıb: 427     Tarix: 23-04-2025 11:04   

2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, ümum ilikdə ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib.
Belə ki, 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5.9% olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır. Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6.5%, qeyri-ərzaq malları üzrə 2.8%, xidmətlər üzrə isə 7.5% təşkil edib. İllik baza inflyasiya isə 4.5% olub.
Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2.7% azalıb, illik isə 2.6% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1.8% möhkəmlənib.
Həmçinin qeyd olunub ki, ötən iclasdan bəri inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədardır. Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir.

Qanunvehedef.azшаблоны для dle 11.2