Problemli kreditlərin həcmi artıb

Baxılıb: 626     Tarix: 28-04-2025 10:59   

2025-ci il aprel 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481.6 milyon manat təşkil edib.
Qanunvehedef.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 7.2% və ya 32.5 milyon manat çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 2.3% və ya 10.9 milyon manat artıb.
Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar