“Azeri Light” (CIF) markalı nefti bahalaşdı
Baxılıb: 417 Tarix: 07-05-2025 10:56

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,31 ABŞ dolları və ya 2,06% artaraq 64,94 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 63,63 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər