Saçların uzanmasını sürətləndirən təbii maskalar
Baxılıb: 857 Tarix: 07-10-2018 20:49
Gözəl, uzun, baxımlı saçlar hər qadının arzusudur.
Dügün olmayan baxım və qidalanma, pis ekologiya, streslər saçların xarici görünüşünə çox mənfi təsir edir, onların uzanmasını ləngidir.
Qanunvehedef.az saglamolun.az-a istinadən saçların vəziyyətini yaxşılaşdıran və onların uzanmasını sürətləndirən ən tanınmış və effektli maskaların reseptlərini təqdim edir.
Xardal maskası
2 x.q. bitki yağı, 1 yumurtanın sarısı, 1 x.q. xardal, 2 x.q. isti su qarışdırılır. Qarışımı baş dərisinə çəkin, sellofan, sonra dasmalla bağlayın, 1 saat saxlayın. Bu maskanı 1 ay ərzində həftədə 1 dəfə edin.
Yağ maskası
1 x.q. zeytun, 1 x.q. ayıpəncəsi və 1 x.q. gənəgərçək yağını qarışdırın, su hamamında bir az qızdırın, baş dərisinə çəkib sellofan və dəsmalla bağlayın. 1 saatdan sonra maskanı yaxşı yuyun.
Bu maskanı da 1 ay ərzində həftədə 1 dəfə olmaqla etmək lazımdır.
Soğan maskası
Bu maskanı tətildə olanda etmək daha yaxşıdır ki, soğanın iyi qalıcı olur.
1 kiçik soğanı sürtgəcdən keçirin, 1 x.q. gənəgərçək yağı, 1 ç.q. bal və 1 x.q. limon şirəsini əlavə edib yaxşı qarışdırın, baş dərisinə çəkin, sellofan və dəsmalla bağlayın, 1 saat saxlayın.
Ən çox oxunanlar
Son xəbərlər