Azərbaycan nefti bir az da bahalaşdı
Baxılıb: 235 Tarix: 22-08-2025 09:35

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,58 ABŞ dolları və ya 0.84% artaraq 69.48 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün neftimiz 68.90 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər