Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qaşıqçı bəhanədir: əsas məqsəd budur – Sensasiyalı şərh

Baxılıb: 939     Tarix: 11-10-2018 16:46   

Camal Qaşıqçı hadisəsi dolayı yolla Suriyada gedən proseslərlə bağlıdır.
Bu sözləri Camal Qaşıqçı hadisəsinə məhz prezidentlər səviyyəsində ən sərt şəkildə reaksiya verilməsinə aydınlıq gətirən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir vurğulayıb ki, Suriyada İdlib məsələsinə görə qlobal güclər arasında fikir müxtəlifliyi var:
“Bir tərəfdə Rusiya, Türkiyə və qismən də ABŞ, digər tərəfdən isə İdlibdə yerləşən silahlıları gizli dəstəkləyən Səudiyyə Ərəbistanı var. Bu baxımdan Qaşıqçı hadisəsinin sadəcə bir bəhanə olduğunu düşünürəm. Yəni tərəflər məhz bu bəhanə ilə bir-birlərinə öz mövqelərini nümayiş etdirirlər. Zənnimcə, baş vermiş olaya sırf prezidentlər səviyyəsində yanaşma və ABŞ-ın Səudiyyə Ərəbistanına zidd gedərək birbaşa Türkiyənin mövqeyini dəstəkləməsi yalnız bir prosesdən xəbər verir. Bu isə ABŞ və Türkiyənin artıq Suriyada yaxınlaşmasıdır. Bu prosesin hara gətirib çıxaracağını indidən demək hələ çətin olsa da, bütün bunlar Suriyada gedən proseslərin bir işarəsidir”.
T.Zülfüqarov Qaşıqçı olayında çox mühüm bir məqama da diqqət çəkib:
“İdlibdə Suriyanın müxtəlif müxalif qüvvələri və İŞİD tərəfdarları mövcuddur. Təbii ki, onların maliyyələşməsi çox vacib bir məsələdir. Bu və ya digər şəkildə sənədlərdə, ya da araşdırmalarda buna aid məlumatların verildiyini istisna etmirəm. Çünki açıq-aşkar Türkiyə mətbuatında və digər yerlərdə həmin qüvvələrin maliyyələşdirənin birbaşa Səudiyyə Ərəbistanı olduğu göstərilir. Hələlik dərin detalları konkret söyləmək çətindir. Ancaq tendensiya belədir ki, Türkiyə siyasətində Rusiya ilə yanaşı, eyni zamanda, ABŞ-la da yaxınlaşma mövcuddur. Belə ki, ABŞ hesab edir ki, məlum Branson böhranından sonra Türkiyə ilə Suriya məsələsində yaxınlaşma gözləniləndir. Yaddan çıxarmamalıyıq ki, keşiş Branson məsələsi hələ öz həllini tapmayıb. O üzdən də bu addımları gələcəkdə hansısa hadisələrin anonsu kimi qəbul etmək olar”.
Sabiq nazir hazırda Qaşıqçı hadisəsi ilə bağlı səsləndirilən müxtəlif iddialara da işıq salıb:
“Baş vermiş olayla əlaqədar dəqiq məlumat bəlli olmasa da, müxtəlif fikirlər mövcuddur. Hətta olayda ittiham olunanların siyahısı da tərtib olunub. Fikir verin, siyahıda yüksək çinli zabitlər, hərbi hava qüvvələrinin polkovnik rütbəli nümayəndələri də var. Baxaq görək, bu böhran hara gətirib çıxaracaq! Səudiyyə Ərəbistanı hazırda çox çətin vəziyyətdədir. Çünki Türkiyə Qaşıqçı məsələsinə görə qəti şəkildə Səudiyyəyə qarşıdır. Digər tərəfdən, Səudiyyə ilə İran arasında ənənəvi gərginlik davam edir. Nəhayət, ən əsası, ABŞ da Qaşıqçı olayında Türkiyə ilə eyni mövqedədir. Bütün bu siyasi amillər Suriyada çox gərgin proseslərin hələ davam etdiyini göstərir”.
T.Zülfüqarov hesab edir ki, Azərbaycan Türkiyə ilə Səudiyyə arasında yaşanan böhranın aradan qaldırımasında bir vasitəçi rolunu oynaya bilər:
“Azərbaycanın Səudiyyə ilə də çox yaxşı əlaqələri var. Bu mənada hesab edirəm ki, Bakı bu böhranı aradan götürmək üçün hansısa addımlar ata bilər”.
Qeyd edək ki, səudiyyəli müxalif yazar, “Vaşinqton Post”un müxbiri Camal Qaşıqçı İstanbulda Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və yoxa çıxıb.
Bu olaydan sonra Türkiyə-Səudiyyə Ərəbistanı əlaqələri soyuyub. Dünyanın nüfuzlu ölkələrinin liderləri (o cümlədən ABŞ Prezidenti Donald Tramp) hadisə ilə bağlı bir-birinin ardınca sərt mövqe nümayiş etdiriblər.шаблоны для dle 11.2



Ən çox oxunanlar