“Azeri Light” (CIF) markalı neft ucuzlaşdı
Baxılıb: 691 Tarix: 21-10-2025 11:31

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Qanunvehedef.az xəbər verir ki, xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,34 ABŞ dolları və ya 0.55% azalaraq 61,83 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 62,17 ABŞ dolları idi.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər