Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Vergilərin artırılmasına dair iddialara cavab verildi

Baxılıb: 773     Tarix: 19-11-2025 13:10   

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov hökumətin vergiləri artırmaqla büdcə gəlirlərini təmin etmək niyyətində olması ilə bağlı iddialara cavab verib.
Qanunvehedef.az xəbər verir ki, bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azər Əmiraslanov deyib ki, bu fikirlər reallığı əks etdirmir.
“Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün cəmi 0,7 faiz artırdı? Məqsəd vergi yükünü artırmaqdırsa da, nə üçün dövlət tərəfindən növbəti ildə büdcə gəlirlərinin 17 faizi həddində yəni, 6,6 milyard manatlıq vergi-gömrük güzəşt və azadolmaları tətbiq edilir? Rəqəmlər də, hökumətin rəsmi açıqlamaları da göstərir ki, yeni büdcə zərfi vergi yükünün artırılmasını deyil, gəlir mənbələrini şaxələndirərək vergi bazasının genişləndirilməsini, kölgə iqtisadiyyatının daralmasını, vergi-gömrük təşviqləri vasitəsilə qeyri-neft sektorunun inkişafına təkan verilməsini nəzərdə tutur”, - deyə parlamentin komitə sədri qeyd edib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar