Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azeri Light” (CIF) markalı neft ucuzlaşdı

Baxılıb: 929     Tarix: 11-12-2025 11:24   

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.09 ABŞ dolları və ya 0,14% azalaraq 65,23 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 65,32 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar