Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycan Qazaxıstanla bu sahədə strateji tərəfdaşlıq edəcək

Baxılıb: 9217     Tarix: 15-12-2025 15:12   

Azərbaycan və Qazaxıstan energetika sahəsində strateji tərəfdaşlıq edəcək.

Qanunvehedef.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərmanında öz əksini tapıb.

Sənədə əsasən, 2025-ci il oktyabrın 21-də Astanada imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.

Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan hökumətinə bildiriş göndərməlidir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar