Xəbər lenti
09/01/2026 [13:18]
Saban hava necə olacaq?
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Azeri Light” (CIF) markalı neft bahalaşdı

Baxılıb: 933     Tarix: 09-01-2026 11:08   

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Qanunvehedef.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,04 ABŞ dolları və ya 1,61% artaraq 65,64 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, ötən gün neftimiz 64,6 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}