Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran pulu “sıfır”a düşdü - Tarixi çöküş

Baxılıb: 9115     Tarix: 13-01-2026 10:20   

İranda illərdir davam edən iqtisadi sanksiyalar, yüksək inflyasiya və neft ixracına qoyulan məhdudiyyətlər valyutanın devalvasiyasına səbəb olub.

Qanunvehedef.az xəbər verir ki, ölkənin milli valyutası rial avro və dollara qarşı faktiki olaraq “0,00” səviyyəsinə enib.

Rialın kəskin devalvasiyası 28 dekabr 2025-ci ildən bəri fasiləsiz davam edən etirazları da “körükləyib”. Nümayişlərdə onlarla insan həyatını itirib, minlərlə insan saxlanılıb.

Valyutanın dollar və avroya qarşı rekord səviyyədə düşməsi, inflyasiyanın artması və yaşayış xərclərinin yüksəlməsi etirazçıların əsas narahatlığını təşkil edir. 28 dekabrdan bəri davam edən nümayişlər iqtisadi problemlərlə başlayıb, lakin son günlərdə siyasi islahatlar və hakimiyyətə etiraz şüarları da davam edir.



Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar