Ürək, beyin və damarları sağlam edən MÖVSÜMİ MEYVƏ
Baxılıb: 883 Tarix: 19-10-2018 09:25

Publika.az saglamolun.az-a istinadən bildirir ki, nar güclü antioksidantlar olan polifenol və flavonoidlərlə zəngindir. Bu maddələr orqanizmi həm ürək-damar sistemi xəstəliklərindən, həm də xərçəngdən qoruyur.
ABŞ-da aparılmış bir araşdırma zamanı alimlər aterosklerozdan əziyyət çəkən bir qrup xəstələrə hər gün 30 qr təbii nar şirəsini içməyi tövsiyə ediblər. 1 ildən sonra müayinə zamanı aşkar olunub ki, xəstələrin damarlarında yığılmış xolesterinin miqdarı 30%, arterial təzyiq isə 12% azalıb.
Mütəxəssislər sübut edir ki, damarlarda trombların əmələ gəlməsinə mane olan nar infart və insultun effektli profilaktikası sayıla bilər.
Nar beyinə də çox müsbət təsir edir - Alsheymer xəstəliyinin riskini azaldır, serotonin hormonunun ifrazını aktivləşdirərərk stress və depressiya ilə mübarizə etməyə kömək edir.
Ən çox oxunanlar
Son xəbərlər