Xəbər lenti
30/10/2026 [13:36]
Sabah hava necə olacaq?
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABB-dən yüksəkgəlirli əmanət kampaniyası

Baxılıb: 9218     Tarix: 28-01-2026 12:12   

Müştərilərə sərfəli fürsətlər yaradan ABB yeni əmanət kampaniyasına start verib.

“Qış təklifi” kampaniyası çərçivəsində müştərilər manatla vəsaitlərini “Klassik” əmanət və DigiDeposit üzrə ABB-də yerləşdirib illik 11%-dək qazanc əldə edə bilərlər.

Əmanətləri 6, 12, 18 və 24 ay müddətinə yerləşdirmək olar.

“DigiDeposit” hesabını ABB mobile tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə açmaq mümkündür. Bu, filiala getmədən Bankda rahat və sürətli şəkildə əmanət yerləşdirməyə imkan verir. “Klassik” əmanət isə ABB filiallarında yerləşdirilir.

Kampaniya yalnız yeni rəsmiləşdirilən əmanətlər üçün keçərlidir və avtomatik yenilənən (avtoprolonqasiya olunan) əmanətlər kampaniyada iştirak etmir. Bu fürsət 28.02.2026-cı il tarixinədək davam edəcək.

Kampaniya şərtləri barədə ətraflı məlumatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar